Avrora MMC korporativ sosial məsuliyyətini dərk edərək və bunu beş əsas dəyərindən birinə çevirərək daima bu istiqamətdə əməli addımlar atır.
BUTA.TV xəbər verir ki, bu il də Ramazan Bayramı ilə əlaqədar yardım aksiyası keçirib.
Şirkət yardım aksiyası zamanı Qızıl Aypara Cəmiyyəti ilə birgə Nəsimi Rayonu ərazisində məskunlaşmış şəhid və qazi ailələrinə, o cümlədən aztəminatlı, kimsəsiz və yaşlı insanlara qida və gündəlik tələbat məhsullarından ibarət ərzaq bağlamaları çatdırıb.
Qeyd edək ki, “Avrora” şirkəti 2023-ci ildə təkcə Ramazan bayramı münasibəti ilə şirkətə müraciət edən müxtəlif təşkilatlar vasitəsilə 500-dən çox ailəyə də ərzaq yardımı göstərib.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video