Rusiya Sakit okean Donanmasının komandanı, admiral Sergey Avakyants vəzifəsindən azad edilib. O, bundan sonra idman hazırlığı və vətənpərvərlik tərbiyəsi mərkəzlərinin işini əlaqələndirəcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin Uzaq Şərq üzrə xüsusi nümayəndəsi Yuri Trutnev deyib.
“Biz regional mərkəzlərin fəaliyyətini metodiki təmin edəcək və onların hərbi idman hazırlığı üzrə işini əlaqələndirəcək mərkəzi struktur yaratmışıq. Bu mərkəzi struktura admiral Sergey Avakyants rəhbərlik edəcək”, - Trutnev bildirib.
Qeyd edək ki, əslən erməni olan Sergey Avakyants 2012-ci ildən Rusiyanın Sakit okean Donanmasına rəhbərlik edirdi.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video