Azərbaycanın elm, tarix, mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları Cornell və Purdue Universitetlərinin, həmçinin Ford Fondunun dəstəyi ilə hazırlanmış “Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı”na qarşı etiraz məktubu göndərib.
BUTA.TV xəbər verir ki, məktubda “Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı”ının hazırlanmasında mütəxəssislərdən 2-nin milliyyətcə erməni, digərlərinin isə ermənipərəst mövqeyi ilə tanınması xüsusi qeyd edilib və bu şəxslərin belə bir təhrif olunmuş hesabatın hazırlanmasında iştirakının təəccüb doğurmadığı vurğulanıb.
Məktubda həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və doğurduğu nəticələrlə bağlı ətraflı məlumat təqdim edilib: "Əgər universitetlər və Fondun təmsilçiləri bu mövzuda araşdırmaları Azərbaycanın Qarabağ bölgəsində aparmaq istəsələr, onlar üçün müvafiq şəraitin yaradılmasına köməklik göstərilə bilər".
Qeyd edək ki, “Caucasus Heritage Watch: 2-ci xüsusi hesabatı”nda Qarabağın Ermənistan tərəfindən 30 illik işğalı dövründə Azərbaycanın maddi və mədəni irsinə qarşı törədilmiş cinayətlər ört-basdır edilib.
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video
- FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
- Bu ərazidə satılan evlər təhlükəlidir - Diqqət!
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…