Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında medal qazanmış Türkiyə ağırlıqqaldıranları Cansu Bektaş və Qamze Altunun Azərbaycana dəvət olunması ilə bağlı tapşırığının icrasına dərhal başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, xanım atletlərə dəvət göndərilib və hazırda onların Azərbaycana səfərləri ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Cansu Bektaş İrəvanda qızıl medal qazanaraq Türkiyə himnini səsləndirib. Qamze Altun isə ikinci yeri tutub. Hər iki atlet qələbələrini Azərbaycana həsr ediblər.
Xatırladaq ki, yarışın açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bu hadisədən sonra milli komanda yarışdan imtina edərək Bakıya qayıtmağı qərara alıb.
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video
- FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
- Bu ərazidə satılan evlər təhlükəlidir - Diqqət!
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…