Almaniya “Leopard 2А8” tanklarını orduya cəlb etməyə başlayır.
BUTA.TV xəbər verir ki, bu barədə “Army Recognition” nəşri məlumat yayıb.
Məlumata görə, tankların istehsalçısı “Krauss-Maffei Vegmann” şirkəti yaxın vaxtlarda 18 ədəd “Leopard 2А8”ın sifarişini alacaq.
Bildirilib ki, yeni “Leopard 2А8” tankları mina və tank əleyhinə raketlərdən daha yaxşı mühafizə olunmaq üçün İsrailin “Trophy” aktiv müdafiə sistemləri ilə təchiz olunacaq. Eləcə də tankın yenilənmiş optik sistemi sayəsində heyət daha uzaq məsafədən müşahidə apara biləcək.
Tankın L44 sursatları 120 mm-lik L55 mərmilərilə əvəz olunacaq.
Qeyd edək ki, “Leopard 2А8” “Leopard 2А7HU” tankının bazası üzərində qurulub və gələcəkdə “Leopard 2А6” tanklarını əvəz etməsi nəzərdə tutulur.
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video
- FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
- Bu ərazidə satılan evlər təhlükəlidir - Diqqət!
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…