UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iki cavab matçı baş tutub.
BUTA.TV xəbər verir ki, İspaniya “Real Madrid”i İngiltərə təmsilçisi “Çelsi”ni mübarizədən kənarlaşdırıb. İspaniya təmsilçisi öz meydanında olduğu kimi, səfərdə də 2-0 qalib gələrək yarımfinala yüksəlib.
İtaliya klublarının duelindən isə “Milan” üstün ayrılıb. A seriyasının lideri “Napoli”ni evdə yeganə qolla məğlub edən “rossonyerlər” səfərdə rəqibi ilə bərabərə qalıblar. Olivye Jiru 43-cü dəqiqədə hesabı açıb. Viktor Osimxenin 90+3-cü dəqiqədəki qolu “Napoli”ni məğlubiyyətdən qurtarmağa yetib – 1:1. Lakin ilk görüşdəki 1:0 hesablı qələbə sayəsində yarımfinala adlayan tərəf “Milan” olub.
- Bu ərazidə satılan evlər təhlükəlidir - Diqqət!
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı