Almaniyanın "Bayer Leverkusen" klubunun oyunçusu, türkmən əsilli futbolçu Sərdar Azmun Təbrizin “Traktor" klubuna qayıda bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Təbrizin "Azərəncümən" saytı məlumat yayıb.
“Perspolis” və “İstiqlal” klublarını da bəyənirəm. Ancaq doğrusu budur ki, mən "Traktor" klubunun fanatıyam. İrana qayıdası olsam, yalnız "Traktor" klubunda çıxış edəcəyəm”,- ulduz futbolçu bildirib.
Qeyd edək ki, Sərdar Azmun İranın şimal-şərqində yerləşən Türkmənsəhradandır. Güney Azərbaycanda və İranda, xüsusilə, türklər arasında çox bəyənilən futbolçulardan olan S.Azmun “Traktor” klubu və azarkeşlərinə qarşı edilən haqsızlıqlara dəfələrlə etirazını bildirib, dəstək bəyanatı yayıb.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN