Ermənistandan fərqli olaraq, Azərbaycan fövqəldövlət maraqlarının toqquşmasından faydalana bilib.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Vladimir Martirosyan deyib.
“Bakı siyasi, iqtisadi və diplomatik arsenalını mümkün qədər şaxələndirməyə nail olub. 44 günlük müharibədən sonra Azərbaycan regionda maraqları olan bütün qütblər üçün mühüm hərbi-siyasi və maddi-texniki amilə çevrilə bildi. Azərbaycan diplomatiyasının çevikliyi və Bakının müxtəlif qütblərlə danışıqlar apara bilməsi fonunda Ermənistanın nə etdiyini təsvir etmək çox çətindir. Çünki cavab “heç nə”dir. İrəvan təslim oldu”, - o bildirib.
Politoloq qeyd edib ki, mürəkkəb geosiyasi proseslər kontekstində Ermənistan özünü çox primitiv seçim qarşısında qoyub:
“Qərb və ya Rusiya seçimi... Diplomatik diversifikasiya anlayışı onlara yaddır. Əvəzində Ermənistan hakimiyyəti ölkə ilə bağlı məsələlərə şərhçi statusuna düşüb. Onlar siyasətlə məşğul olmurlar”.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN