İsmayıllı sakininin Qəbələdə xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə BUTA.TV-a Qəbələ Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, İsmayıllı rayon sakini 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İbtidai istintaq davam edir.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN