Sünik vilayətində (Zəngəzur) “VAZ-2107” markalı avtomobilin iştirakı ilə ağır qəza baş verib.
BUTA.TV erməni mediasına istinadən xəbər verir ki, “VAZ-2107”in 41 yaşlı sürücüsü Gorus-Xankəndi yolunda maşını 19 yaşlı Şirak sakininin avtomobilinə çırpıb.
Nəticədə “VAZ-2107”də olan sərnişin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gorus istintaq şöbəsində cinayət işi başlanıb.
Məlumata görə, “VAZ-2107”nin sürücüsü və sərnişini Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında xidmət edir.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN