Ermənistanda elektrik qatarı yük maşını ilə toqquşub.
BUTA.TV xəbər verir ki, bu barədə Cənubi Qafqaz Dəmir Yolu şirkəti məlumat yayıb.
Məlumata görə, hadisə dünən axşam saatlarında Karakert-Dalarik zolağında mühafizə olunmayan keçiddə baş verib.
“Aprelin 15-də saat 19.00 radələrində Gümrü-İrəvan marşrutu ilə hərəkət edən Cənubi Qafqaz Dəmir Yolu şirkətinə məxsus elektrik qatarı dəmir yolu relslərindən keçən yük maşını ilə toqquşub. Toqquşma nəticəsində qatar relsdən çıxıb. Yük maşınının sürücüsü və sərnişini, eləcə də qatardakı sərnişinlərdən biri yaralanıb”, - məlumatda qeyd olunub.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN