Sudanın paytaxtı Xartumdakı aeroportda Sudan ordusu və xüsusi təyinatlılar arasında silahlı atışma zamanı Səudiyyə Hava Yollarına məxsus sərnişin təyyarəsi ziyan görüb.
BUTA.TV xəbər verir ki, təyyarənin sərnişinləri və ekipaj üzvləri xəsarət almayıblar. Pilotlar Səudiyyə Ərəbistanının Xartumdakı konsulluğuna aparılıb.
İnsidentdən sonra şənbə günü Səudiyyə Ərəbistanından Sudana uçan təyyarələr geri qaytarılıb. Səudiyyə Hava Yollarının nümayəndəsi jurnalistlərə bildirib ki, Krallığın hava limanlarında Xartuma həyata keçirilən bütün aviareyslər ləğv olunub.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN