Azərbaycan Premyer Liqasında XXX turun daha bir görüşü baş tutub.
BUTA.TV xəbər verir ki, “Kəpəz”lə “Turan Tovuz” üz-üzə gəliblər. Gəncə şəhər stadionunun ot örtüyü yararsız vəziyyətdə olduğu üçün rəqibini Qəbələdə qəbul edən Tərlan Əhmədovun kollektivi erkən qolla hesabı açıb. Nigeriyalı hücumçu Abdullahi Şuaybu qapıçı ilə təkbətək dueldən qalib ayrılıb. Matç Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun ilk günündə “Zirə” “Səbail”ə evdə 3:1, “Qəbələ” “Neftçi”yə səfərdə 2:1 hesabı ilə qalib gəlib. Sabah isə “Şamaxı” “Sumqayıt”ı, “Sabah” isə “Qarabağ”ı qəbul edəcək.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN