Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşma baş verib.
BUTA.TV xəbər verir ki, Xartumda xüsusi təyinatlıların qərargahı Sudan ordusunun əsgərləri tərəfindən qəfil hücuma məruz qalıb.
Ordunun hər növ ağır və yüngül silahlarla hücuma keçdiyi vurğulanır.
Telekanalların məlumatına görə, xüsusi təyinatlıların qərargahı yaxınlığında partlayış və atışma səsləri eşidilir.
Paytaxtla Omdurman şəhəri arasındakı körpü bağlanıb, avtomobillərin hərəkəti dayandırılıb. Bundan başqa Sudanın beynəlxalq hava limanında uçuşlar ləğv edilib.
Sudan çevik qüvvələri Xartum və Merove hava limanlarını nəzarətə götürdüyünü və ölkənin nizami ordusuna “ağır itkilər” verdiyini açıqlayıb.
Qeyd edək ki, Sudan federal hökumətinin təhlükəsizlik xidməti də öz növbəsində çevik qüvvələri “qiyamçı” adlandırıb.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN