Türkiyənin məşhur aktyoru, “Paytaxt Əbdülhəmid” (Payitaht Abdülhamid) serialında Tahsin paşa obrazı ilə ürəkləri fəth edən Bahadır Yenişəhirlioğlu Bakıda səfərdədir.
Kult.az xəbər verir ki, mənəvi söhbətləri ilə daim diqqət çəkən aktyor “İftar öncəsi” başlıqlı görüşü ilə sevənlərinin qarşısına çıxacaq.
B.Yenişəhirlioğlu Ramazan ayının mənəvi söhbətləri, Mövlana şeirləri və La Tahzen (üzülmə) mövzularında çıxış edəcək.
Fəlsəfi fikirləri ilə gündəmdə olan Yenişəhirlioğlu gələn qonaqlara öz dilindən xüsusi Ramazan duası da oxuyacaq.
“Excevent” şirkətinin və "Beylimedia"nın təşkilatçılığı ilə təşkil olunacaq tədbir bu gün saat 16:00-da “Badamdar Estates” (Əvvəlki adı “Pulman Otel”) otelin konfrans zalında keçiriləcək.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN