Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Niderlanda səfəri çərçivəsində bu ölkədəki siyasi partiyaların deputatları ilə görüşlər keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Tvitterdə paylaşımda bildirib.
Səfir Azərbaycan və Niderland arasında əməkdaşlıq və regional məsələlər ətrafında konstruktiv fikir mübadiləsinə görə deputatlara təşəkkür edib.
Görüşlər “Demokratlar 66” Partiyasının koalisiyasına daxil olan hakim “Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası”nın, həmçinin “Volt”, “DENK”, "Niderlandın maraqları naminə” partiyalarının nümayəndələri və “Ja21” partiyasından olan senatorla keçirilib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN