Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə özünün rəsmi Tvitter səhifəsində paylaşıb.
Ayxan Hacızadə günahkarların cəzalandırılmalı olduğunu vurğulayıb:
“Təşkilatçıların bu cür nifrət aksiyalarına qarşı heç bir təhlükəsizlik tədbiri görməməsi narahatedicidir. Günahkarlar layiqincə cəzalandırılmalıdır!”
Qeyd edək ki, bu gün İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasiminə Azərbaycan Bayrağı gətirilərkən, Ermənistan ictimai Televiziyasının stilisti Aram Nikolyan səhnəyə qaçaraq, Bayrağımızı təqdim edən qızın əlindən alıb və onu yandırıb.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN