Fransa Prezidenti Emmanuel Makron pensiya islahatını təsdiq edərsə, həmkarlar ittifaqları onunla görüşdən imtina edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Fransanın aparıcı həmkarlar ittifaqı mərkəzinin, Ümumi Əmək Konfederasiyasının rəhbəri Sofi Binet bildirib.
“Bütün həmkarlar ittifaqı təşkilatları respublika prezidentini müdrik olmağa, ölkədə baş verənləri başa düşməyə və bu qanunu təsdiqləməməyə çağırır” – o deyib.
Binet qeyd edib ki, prezident qanunu təsdiqləsə, həmkarlar ittifaqları onunla görüşməyəcək:
“Əgər onu geri çağırsa, biz onunla böyük məmnuniyyətlə dialoqa girəcəyik”.
Qeyd edək ki, Fransanın Konstitusiya Şurası pensiya islahatını qismən qanuni hesab edib və pensiya yaşının 62-dən 64-ə qaldırılmasını təsdiqləyib. Məlumata görə, Makron pensiya islahatı haqqında qanunu iki gün ərzində imzalayacaq.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN