Ağırlıqqaldırma üzrə Avropa çempionatının bu gün İrəvanda keçirilən açılış mərasimində erməni əxlaqsızlığı, hüquqtanımazlığı və düşmənçiliyinin daha bir nümunəsi yaşanıb.
BUTA.TV xəbər verir ki, Azərbaycan bayrağı səhnəyə gətirilərkən yerdən bir erməni qaçaraq, Bayrağımızı qapıb və ona od vurub.
Hər kəsin gözü qarşısında erməninin bu cür hərəkəti azərbaycanlı idmançıların təhlükəsizliyinin qorunmaması və ya qəsd anlamına gələ bilər.
Xatırladaq ki, İrəvanda sabah start götürəcək yarışa Azərbaycandan Nazilə İsmayılova (49 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq) qatılıb.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN