Belarus artıq Rusiyanın strateji nüvə silahlarının yerləşdirilməsi üçün yerlər hazırlayır.
BUTA.TV xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin deyib.
“Lazım gəlsə, bizim strateji nüvə silahlarımız da olacaq. Və biz artıq mövcud məkanlarımızı hazırlayırıq. Düşmənçilik ritorikası davam edərsə, bu, növbəti addım olacaq. Biz gücə ancaq güclə cavab verəcəyik. Bu fərqlidir. Qərbdə bunu anlamırlar”, - o bildirib.
O qeyd edib ki, Belarusda yerləşdiriləcək taktiki nüvə silahlarından yalnız Rusiya tərəfi istifadə edə bilər:
“Belarus nüvə silahı daşıya bilən avadanlıqlar, təyyarələr hazırlayıb. Nüvə başlıqları olan raketlərdən istifadə etmək qabiliyyətinə malik müasir “İsgəndər” kompleksi almışıq”.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN