Televiziya vaxtilə cəmiyyətin inkişafında nə qədər rol oynayıbsa, hazırda cəmiyyətin əxlaqının pozulmasında, milli-mənəvi dəyərlərin dağılmasında o qədər rol oynayır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin Mədəniyyət komitəsinin iclasında bildirib.
Deputat vurğulayıb ki, xüsusi aparıcıların müəllifi olduğu şou proqramlar ciddi narahatlıqlar doğurur: “Bu kontekstdə ictimai şuraların işinə diqqəti yönəltmək istəyirəm. Bir çox qurumlarda ictimai şura yaratmaq dəbə çevrilib.
Təəssüf ki, bu şuraların adı var, amma ya rəyləri nəzərə alınmır, ya da ictimai şuranın fikri ictimaiyyətin rəyi deyil. Soruşmaq lazımdır ki, ictimai şuralar niyə yaradılır? Bizə ictimaiyyətin rəyi lazımdırmı əgər lazımdırsa, niyə nəzərə alınmır?”
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN