Ermənistan dövlət maraqlarını rəhbər tutaraq irəliləyir. Ona görə də Zaxarovanın Ermənistanın NATO təlimlərində iştirakı ilə bağlı açıqlaması anlaşılmazdır.
BUTA.TV xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan İrəvanın NATO təlimlərində gözlənilən iştirakını şərh edərkən deyib.
“Zaxarovanın aydınlaşdırma tələb etməsi bir az anlaşılmazdır. Ermənistan strateji tərəfdaşı olan Rusiya ilə dostluq, eləcə də digər tərəfdaş ölkələrlə isti münasibətlər saxlayır. İrəvan silahlı qüvvələrinin döyüş hazırlığının inkişafı və artırılması üçün hər şeyi edir”, - o bildirib.
Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Kremlin erməni tərəfdaşlarından NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlama tələb etdiyini bildirmişdi.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN