Müharibədən çıxmağın ən yaxşı yolu təcili danışıqlardır. Çünki nə Rusiyanın, nə də Ukraynanın qələbəsi sülh üçün yaxşı heç nə vəd etmir.
BUTA.TV xəbər verir ki, bunu Fransanın ultrasağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen deyib.
“Əgər Rusiya müharibədə qalib gəlsə, bu, fəlakət olacaq, çünki ərazi münaqişəsi olan bütün ölkələr bunu silahla həll edə biləcəklərini düşünəcəklər. Əgər Ukrayna qalib gəlsə, bu, NATO-nun müharibəyə girdiyi anlamına gələcək. Mən əminəm ki, NATO-nun gücü olmadan Ukrayna Rusiyanı hərbi cəhətdən məğlub edə bilməz. Bu isə o deməkdir ki, Üçüncü Dünya müharibəsi başlayır”, - Le Pen bildirib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN