Ermənistan Baş naziri Nikol Paşinyan məğlubiyyətdə hərbçiləri günahlandırır, lakin ordunun başını özü kəsib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.
“Əgər ətrafda hamı – hərbçi, komandir, Ermənistanda bütün kişilər günahkardırsa, o özü nə edib? Nə üçün komandirləri dəyişməyib, əksinə, ordunun başını kəsdi”, - o bildirib.
Sərkisyanın sözlərinə görə, Tovuz döyüşləri zamanı (2020, iyul) Paşinyan sinəsinə döyərək özünü qalib və ali baş komandan adlandırıb.
Eks-prezident, həmçinin, Paşinyanın erməni hərbçilərinin Azərbaycana qiyməti milyardlarla dollarla ölçülən silah “qoyub getməsi” açıqlamasına da münasibət bildirib. O bildirib ki, Azərbaycan erməni hərbçilərdən deyil, Paşinyanın özündən o silahları alıb.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN