AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
BUTA.TV xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub.
İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.
İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib.
Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O, işləri ilə əlaqədar Gürcüstanın paytaxtı Tbilisədən Bakıya gələ bilməyib.
Yekun qərarların yaxın saatlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN