Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Mədətov Nurlan İqor oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun mətbuat xidmətindən “Buta”ya bildirilib ki, daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və cəsədə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi
- Evinin damını təmir edərkən yıxıldı, öldü
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən