ABŞ Prezidenti Co Bayden Ukraynada ABŞ Konstitusiyasına zidd gizli əməliyyat həyata keçirir.
BUTA.TV xəbər verir ki, bunu Nyu Cersi ştatının Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano “Vaşinqton Post” qəzetinə yazdığı məqalədə bildirib.
“Təqdim olunan avadanlığın bəzilərindən istifadə etmək o qədər çətindir ki, ABŞ hərbçiləri şəxsən Ukraynaya gedib Ukrayna Silahlı Qüvvələrinə təlim keçməli olurlar”, - deyə qeyd edilib.
Napolitanonun fikrincə, amerikalıların gizli mövcudluğu müəyyən çətinliklər yaradır. Təlimçilər mülki geyimdə olduğundan hansısa rəsmi əməliyyatdan danışmaq mümkün deyil. Eyni zamanda, rus qoşunları onlara atəş aça və ya Ukraynanın xeyrinə casusluqda ittiham edə bilər.
Keçmiş hakim xatırladıb ki, oxşar vəziyyət bir dəfə Vyetnamda yaranıb.
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...
- ABB güzəştli kreditlər verəcək
- Övladının dəfnində canlı yayım açan şəxs nəzarətə götürüldü
- 8 noyabr prospektində yağışın fəsadları aradan qaldırılır
- ADSEA: Kollektorun üzərində tikilmiş ev söküldü - Video