LDPR-in sabiq lideri Vladimir Jirinovskinin oğlu Oleq Eydelşteyn xırda xuliqanlığa görə 15 sutka həbs edilib.
BUTA.TV xəbər verir bu barədə RİA Novosti məhkəmədəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Eydelşteyn Moskva restoranlarının birində əlbəyaxa dava edib və buna görə hüquq-mühafizə orqanının əməkdaşı tərəfindən saxlanılıb. İddia edilir ki, şöbədə Jirinovskinin oğlu özünü aqressiv aparıb, polisləri təhqir edib və hətta onlardan birini vurub. Nəticədə ona qarşı xırda xuliqanlığa görə protokol tərtib edilib.
Məhkəmə Eydelşteyni 15 sutka həbs edib.
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...
- ABB güzəştli kreditlər verəcək
- Övladının dəfnində canlı yayım açan şəxs nəzarətə götürüldü
- 8 noyabr prospektində yağışın fəsadları aradan qaldırılır
- ADSEA: Kollektorun üzərində tikilmiş ev söküldü - Video