Ermənistanın Humanitar Ərazilərin Minalardan Təmizlənməsi və Ekspertizası üzrə dövlət qeyri-kommersiya təşkilatı və İranın Minatəmizləmə Mərkəzi arasında memorandum imzalanıb.
BUTA.TV xəbər verir ki, əməkdaşlıq İranın Minalardan Təmizləmə Mərkəzinin direktoru Məhəmməd Hüseyn Əmir Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfəri çərçivəsində əldə edilib. Sazişə əsasən, İran Ermənistana minatəmizləmə istiqamətində yardım edəcək.
Ermənistan ərazisində mina təhlükəsi yoxdur, yalnız sərhəd ərazilərdə Ermənistan özü bəzi yerlərdə minalama həyata keçirib və xəritəsi də əlindədir. Belə ki, Azərbaycan Ordusu heç vaxt Ermənistan ərazisinə girməyib, bu ölkənin 20 faizini işğalda saxlamayıb və torpaqlarını da minalamayıb. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan və yüzminlərlə mina basdıran, o cümlədən 44 günlük savaşdan sonra da Laçın humanitar yolundan mina daşıyaraq, Azərbaycan ərazilərində basdıran məhz Ermənistandır. Bu baxımdan İranın Ermənistanda hansı minaları təmizləyəcəyi bəlli deyil.
Bu sazişin mahiyyəti, görünür, sənəd üzərində göstəriləndən fərqlidir. Bu baxımdan sazişi Ermənistanın mina istehsalını artırmasına və onu Azərbaycan ərazilərində basdırmasına Tehranın yardım edəcəyi kimi anlamaq daha doğrudur.
İran Ermənistanla hərbi-texniki sahədə əlaqələrini gücləndirməkdə davam edir.
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...
- ABB güzəştli kreditlər verəcək
- Övladının dəfnində canlı yayım açan şəxs nəzarətə götürüldü
- 8 noyabr prospektində yağışın fəsadları aradan qaldırılır
- ADSEA: Kollektorun üzərində tikilmiş ev söküldü - Video