Dünən Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və bu təklifləri Bakıya göndərib.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O bildirib ki, sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib:
“Biz istənilən vaxt imzalamağa hazır olduğumuz sənədin alınması üçün çalışırıq. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Lakin ümid edirik ki, danışıqların üç raundu zamanı əldə edilmiş irəliləyişin inkişafına nail ola biləcəyik”.
Erməni tərəfi hesab edir ki, imzalanma uzunmüddətli sülhə gətirib çıxarmalıdır və sülh müqaviləsi müharibə üçün səbəbə çevrilməməlidir. Paşinyan etiraf edib ki, sonuncu variant absurd səslənir, lakin istisna edilmir. O, hökumətin və şəxsən özünün belə bir sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu təsdiqləyib.
- Bakıda yol çökdü, AYNA-nın maşını həmin çuxura düşdü - Foto
- SEPAH İsrailin konteyner gəmisini vurdu
- Bu təhsil müəssisələrində tədris dayandırıldı - Rəsmi
- Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib - FHN rəsmisi
- Buraxılış imtahanında riyaziyyat fənni üzrə mübahisəli sual...
- ADY yanvar-mart aylarında 24% daha çox sərnişin daşıyıb
- Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi