Guya Türkiyə istehsalı olan kənd təsərrüfatı məhsulları Xankəndi bazarında qəfil “peyda olub”, Qarabağın erməni separatçıları da bunu “araşdıracaq”larmış.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, xəbərin bu şəkildə yayılması təfriqə yaratmaq məqsədi daşıyır:
“Bəllidir ki, hətta işğal dövründə də Ermənistanda Türkiyə istehsalı olan məhsullar satılırdı. Türkiyənin məhsullarının daha keyfiyyətli olduğunu ermənilər də anlayırlar. Həmin məhsullar illər boyu Ermənistana Gürcüstan üzərindən çatdırıb.
Hazırda Türkiyə-Ermənistan dialoqu genişlənib, sərhəd açılıb, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədədir, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşərək fikir mübadiləsi aparıb. Bunun fonunda separatçılar Türkiyə istehsalı olan məhsulların Xankəndidə satılması barədə qəsdən xəbər yayıblar ki, bu Azərbaycanda qarışıq suallar yaratsın.
Narahat olmağa dəyməz. Türkiyə-Ermənistan dialoqunun genişlənməsinin, o cümlədən Türkiyənin kənd təssərrüfatı məhsullarının Ermənistanda və ya Qarabağda satılmasından Azərbaycana zərər dəyməz. Ermənilərin strateji müttəfiqimiz Türkiyənin məhsullarına artan tələbatı düşmən dedikləri dövlətdən necə asılı olduğunu göstərir. Mirzoyan elə ona görə Türkiyəyə gedib ki, zəlzələ nəticələrinin ortadan qaldırılması adı altında qonşu dövlətlə siyasi məsələlərin həlli sürətlənsin”.
- Bakıda yol çökdü, AYNA-nın maşını həmin çuxura düşdü - Foto
- SEPAH İsrailin konteyner gəmisini vurdu
- Bu təhsil müəssisələrində tədris dayandırıldı - Rəsmi
- Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib - FHN rəsmisi
- Buraxılış imtahanında riyaziyyat fənni üzrə mübahisəli sual...
- ADY yanvar-mart aylarında 24% daha çox sərnişin daşıyıb
- Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi