Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır.
Bu barədə BUTA.TV-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
"Gəncə şəhərində polis nəfəri yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Xahiş edirik hər hansı məlumatı yaymazdan qabaq dəqiqləşdirilmə aparılsın", - DİN rəsmisi qeyd edib.
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi
- Bu xidmət Mədəniyyət Nazirliyinin əlindən alınır
- Heydərov Bibiheybətdə sürüşmə təhlükəsi olan ərazidə - Video
- Bakının bu ərazilərində sürüşmə aktivləşdi
- Bu, ABŞ-ın İrandan “oğurluq” əməliyyatıdır? - Bəqai
- Gəncədə faciəvi şəkildə ölən 19 yaşlı Ləmanın - Fotosu
- Keşlədə 97 sakin təxliyə olundu - FHN
- Qida borusunda yemək qalan qadın öldü