Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyatlar zamanı külli miqdarda narkotiki qanunsuz olaraq əldə edərək saxlamaqda və satışında şübhəli bilinən 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Elnur Yusubov, Azər Hüseynov, Samir Xəlilov, Anar Hüseynov və Kamal Məmmədov saxlanılıblar. Müvafiq axtarış zamanı onlardan külli miqdarda narkotik vasitələr - 1 kiloqramdan artıq heroin, 1 kiloqrama yaxın marixuana və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi
- Bu xidmət Mədəniyyət Nazirliyinin əlindən alınır
- Heydərov Bibiheybətdə sürüşmə təhlükəsi olan ərazidə - Video
- Bakının bu ərazilərində sürüşmə aktivləşdi
- Bu, ABŞ-ın İrandan “oğurluq” əməliyyatıdır? - Bəqai
- Gəncədə faciəvi şəkildə ölən 19 yaşlı Ləmanın - Fotosu
- Keşlədə 97 sakin təxliyə olundu - FHN
- Qida borusunda yemək qalan qadın öldü