Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Qəhrəmanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir kişi meyitini çıxarıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Kuddisi Baba bulvari 8 mərtəbəli binanın dağıntıları altında aşkarlanan orta yaşlı kişi meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, FHN-in qüvvələri tərəfindən indiyə qədər dağıntılar altından 52 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
- Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi
- Bu xidmət Mədəniyyət Nazirliyinin əlindən alınır
- Heydərov Bibiheybətdə sürüşmə təhlükəsi olan ərazidə - Video
- Bakının bu ərazilərində sürüşmə aktivləşdi
- Bu, ABŞ-ın İrandan “oğurluq” əməliyyatıdır? - Bəqai
- Gəncədə faciəvi şəkildə ölən 19 yaşlı Ləmanın - Fotosu
- Keşlədə 97 sakin təxliyə olundu - FHN