Bakının Nizami rayonunda daha bir yaşayış binasının söküntüsü aparılır.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən yaşayış binasıdır.
Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.
Bina sakinlərinin məlumata görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb. Sakinlərə mənzillərinin otaq sayına görə kirayəhaqqı ödənilir. Artıq bir neçə ailə kirayə mənzillərə köçürülüb. Sakinlərin sözlərinə görə, ərazidə çoxmərtəbəli bina tikiləcək və həmin binadan sakinlərə mənzillər veriləcək. Yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq.
Qeyd edək, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Artıq binalardan ikisi bir neçə ay əvvəl sökülüb. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.
- Bakıda bu yol qismən bağlandı - 3 qurumdan birgə məlumat
- İranla sərhəddə 21 kq marixuana aşkarlandı
- Buraxılış imtahanı suallarının düzgün cavabları açıqlandı
- Zəhərlənən uşaqlardan 2-sinin vəziyyəti ağırdır
- Güclü yağışlar: Məktəblərdə davamiyyət necədir?
- Kəmaləddin Heydərov su basan ərazidə - Video
- Operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilir
- Bakıda yağış fəsadlar törətdi: BŞİH hərəkətə keçdi - Foto