Küləkli havada hər il Mərmərə dənizində geriçəkilmələr olur. Xüsusilə dayaz sahillərdə bu, açıq şəkildə hiss olunur.
BUTA.TV xəbər verir ki, bu sözləri Tekirdağ Namiq Kamal Universitetinin coğrafiya üzrə fəlsəfə doktoru Əmrə Özşahin deyib.
Ə.Özşahinin sözlərinə görə, Tekirdağda Kral Yolu adlanan Mərmərəereğlisi rayonu səmtində geri çəkilmənin amplitudası aşağı olduğu üçün geniş ərazidə görünür:
“İnsanlar geri çəkilmədən narahatdır. Bu hadisənin bölgədəki zəlzələ aktivliyi ilə heç bir əlaqəsi yoxdur. Bu, müəyyən fəsillərdə küləyin həmişə eyni istiqamətdə əsməsi səbəbindən vaxtaşırı baş verən hadisədir. Ona görə heç bir narahatlığa əsas yoxdur”.
Qeyd edək ki, İstanbulun Mərmərə sahilləri Avcılar rayonunda 15 metr, Tekirdağın mərkəzi Süleymanpaşa mahalı sahillərində isə 25 metr geri çəkilib.
- Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi
- Bu xidmət Mədəniyyət Nazirliyinin əlindən alınır
- Heydərov Bibiheybətdə sürüşmə təhlükəsi olan ərazidə - Video
- Bakının bu ərazilərində sürüşmə aktivləşdi
- Bu, ABŞ-ın İrandan “oğurluq” əməliyyatıdır? - Bəqai
- Gəncədə faciəvi şəkildə ölən 19 yaşlı Ləmanın - Fotosu
- Keşlədə 97 sakin təxliyə olundu - FHN