“Əhməd” xüsusi təyinatlılarının komandiri Apti Alaudinova qarşı sui-qəsd təşkil olunub.
BUTA.TV xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Apti Alaudinov fevralın 8-də ona göndərilən məktubu açarkən kəskin qoxu hiss edib və vaxtında tədbir görərək əllərini və burnunu yuyub. Hazırda onun vəziyyəti stabildir. Həkimlər zəhərli maddəni müəyyən etmək üçün analizlər aparıblar”, - Kadırov bildirib. Onun sözlərinə görə, sui-qəsdlə bağlı araşdırma aparılır: “Bu işdə əli olan şəxslər müəyyən edilir. Artıq nəticələr var".
Apti Alaudinov və köməkçiləri hazırda Moskvadakı xəstəxanaların birinə yerləşdiriliblər.
Qeyd edək ki, Apti Alaudinov həm də Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın adamı və köməkçisidir.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?