Türkiyə ilə fikir ayrılıqlarımız olsa belə, türk və yunan xalqları mehribandır.
BUTA.TV xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis deyib.
Miçotakis Yunanıstandan Türkiyəyə gələn xilasedicilərin işini yüksək qiymətləndirib:
“Bu insanlar alqışa layiqdir. Onlar sübut etdilər ki, xalqlarımızı heç nə ayırmır. Biz Türkiyə ilə dostluq şəraitində yaşaya bilərik. Bizim çətin anlarda münasibətlərimiz daha dərindir. Əsl dostları çətin anlarda görmək olar. Görünməmiş bir fəlakətdən bəhs edirik, ən azı iki xalq arasındakı münasibətlər baxımından yaxşı bir şey ortaya çıxmalıdır”.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?