Türkiyənin Qəhrəmanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə həlak olan vətəndaşlarla bağlı hələlik yeni məlumat yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, bu gün zəlzələ bölgəsindən vətəndaşlarımızın təxliyəsi gözlənilmir:
“Bu barədə dəqiq məlumat axşama doğru bilinəcək”.
A.Hacızadə əlavə edib ki, zəlzələdə ölən dörd nəfərin nəşi Azərbaycana gətirilib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin son məlumatına görə, beş baş verən hadisə zamanı beş nəfər azərbaycanlı vəfat edib.
Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərarı alınıb.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?