ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə səfirlik rəsmi saytında məlumat yayıb.
Bildirilib ki, ABŞ vətəndaşları Ukraynadakı münaqişənin gözlənilməz nəticələrinə görə Rusiyaya səfərlərdən çəkinməlidir:
“Rusiyada yaşayan və ya səyahət edən amerikalılar isə saxlanma riskinə görə ölkəni dərhal tərk etməlidirlər”. Həmçinin xəbərdarlıqda qeyd edilir ki, Rusiya tərəfi ikili vətəndaşlığı tanımaya, onları konsulluq yardımından məhrum edə, ölkəni tərk etmələrinin qarşısını ala və ya hərbi xidmətə çağıra bilər.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?