ABŞ Prezidenti Co Baydenin göstərişi ilə Kanada üzərində uçan naməlum obyekt vurulub.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
O bildirib ki, Kanada üzərindəki obyekt ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları tərəfindən vurulub. O, bu hərəkətlərini Vaşinqton və Ottavanın Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) çərçivəsində əməkdaşlığı ilə izah edib.
Bundan əvvəl Kanada və Amerika hərbi təyyarələrinin ölkənin şimal-qərb hissəsində səmada naməlum obyekti vurduğu bildirilirdi. O, Kanadanın hava məkanına qanunsuz daxil olub və mülki gəmilərin təhlükəsizliyinə real təhlükə yaradıb.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?