İran bundan əvvəl də müxtəlif qruplara Suriyaya yardım adı altında silah-sursat göndərib. Bu dəfə də fürsəti qaçırmadı və Suriyaya humanitar yardım adı altında silah göndərdi. İsrail yəqin ki, buna sərt cavab verəcək.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev İranın humanitar yardım adı ilə Suriyaya silah-sursat göndərməsi barədə İsrailin açıqlamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, göndərilənlərin hərbi yük olması müəyyən ediləcəyi təqdirdə havadan vurulacağı istisna etməyib:
“İsrail Tehranın həmin qruplara hərbi sursat göndərdiyini təsbit edərsə, İran daxilindəki hərbi obyektlərə də zərbələr endirə bilər. İranın öz daxilində hərbi obyektlərin vurulması və yüksək rütbəli şəxslərinin sui-qəsdlə məhv edilməsi də mümkündür”.
- Bu ərazilərdə sıxlıq müşahidə olunur - Siyahı
- Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
- FHN bu ərazilərdə vətəndaşları təxliyə edir - Video
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto