Türkiyədə 6 fevral tarixində bir-birinin ardınca baş verən dəhşətli zəlzələ və onun irimiqyaslı faciələrə səbəb olması yeraltı təkanların süni şəkildə (müdaxilə ilə) yaradıldığı haqda iddialara yeni nəfəs verib.
Elm adamları və ciddi politoloqlar bu barədə şayiələri təkzib etsələr və zəlzələ yaratmaq gücündə olan silahların ixtira edilmədiyini bildirsələr də, bu iddianın səsləndirənlər də təslim olmaq istəmir. Əsas arqument isə HAARP bombasıdır.
Bəzi iddialara görə, ABŞ-da heykəli də qoyulan bu bomba yaxın məsafə üçün 3 bal gücündə silkələnmə yaratmağa qadirdir. Ancaq bu bombanın yüz kilometrlərlə məsafədə dağıdıcı zəlzələ törətməyə qadir olduğu da iddia edilir.
Bildirilir ki, əslində bu bombalar zəlzələ üçün lazım olan böyük enerji yaratmaq gücündə deyil, sadəcə, yer təkində yaranmış enerjini aktivləşdirmək və hərəkətə gətirmək üçün təkanverici imkanlara malikdir. Yəni seysmik aktiv zonada mövcud enerji toplanmasını hərəkətə gətirə bilir. Süni müdaxilə bu zəlzələlərin gücünə də təsir edir.
Kult.az bununla bağlı iddiaları özündə əks etdirən və sosial şəbəkədə sürətlə yayılan video-materialı təqdim edir:
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür