Türkiyə və onun xalqı güclü zəlzələlərin ağır nəticələrinin öhdəsindən layiqincə gələ biləcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Türkiyənin Tiflisdəki səfirliyində açılan başsağlığı kitabında yazıb.
“Mən qəti şəkildə inanıram ki, Türkiyə və onun xalqı bu fəlakətin ağır nəticələrinin öhdəsindən layiqincə gələcək, birgə səylər və beynəlxalq ictimaiyyətin dəstəyi ilə bu böyük faciənin vurduğu yaraları sağalda biləcək”, - Zurabişvili yazıb.
Eyni zamanda, Gürcüstan prezidenti bir daha Türkiyəyə başsağlığı verib.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür