Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti 229 nəfərlik şəxsi heyəti şəxsi (şəxsi heyət üçün təminat vasitələri və xilasetmə avadanlıqları) qardaş ölkənin Qəhrəmanmaraş şəhərinə çatıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, səhər saatlarından sonra Adananın Şakir Paşa Hava Limanından yola düşün Azərbaycan xilasediciləri Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) şəhər ərazisində yerləşən Təhsil Mərkəzinə gəliblər.
Onlar baş vermiş zəlzələrin nəticələrini aradan qaldırmaq üçün hadisə yerlərinə göndəriləcək.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 725 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür