"Gent" Belçikada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb.
BUTA.TV klubun rəsmi saytına istinadən xəbər verir ki, ən ucuz biletin qiyməti 5 avro təşkil edir. Ən bahalı bilet isə 35 avrodur.
Fevralın 23-də "Gelamko Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında ilk görüş fevralın 16-da Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun başlama saatı 21:45-dir.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür