Minalarla çirklənmə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması prosesinə mane olur və keçmiş məcburi köçkünlərin bu torpaqlara qayıtmasını çətinləşdirir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşarayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Şuşada minatəmizləmə mövzusunda keçirilən konfransda deyib.
ANAMA-nın işğaldan azad edilmiş ərazilərdə həyatı bərpa etməyə çalışdığını qeyd edən Prezidentin xüsusi nümayəndəsi agentliyin bu istiqamətdə həyata keçirdiyi yeni layihələri yüksək qiymətləndirib.
Aydın Kərimov İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsinin rəmzi məna kəsb etdiyini və ilk minatəmizləmə əməliyyatlarına da məhz Şuşada başlanıldığını vurğulayıb.
Prezidentin xüsusi nümayəndəsi hazırda Şuşada aparılan bərpa işlərinin gedişindən danışıb, bu şəhərin hər bir azərbaycanlı üçün xüsusi önəminin olduğunu bildirib.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür