Qərb sanksiyaları Rusiya iqtisadiyyatını çökdürə bilmədi.
BUTA.TV xəbər verir ki, bu barədə fransalı məşhur teleaparıcı David Pyüjadas deyib.
“Güman edirdik ki, iqtisadiyyat elə indicə çökəcək, Rusiyada qıtlıq illəri yaşanacaq. Ancaq indi BVF-nin son artım proqnozları bunun əksini deyir. Rusiyada nəinki resessiya, hətta yaxın iki ildə onun artım tempi AB və ABŞ-dan yüksək olacaq”, - deyə jurnalist bildirib.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) yanvar ayında Rusiya iqtisadiyyatı üçün proqnozunu yaxşılaşdırıb. Fond indi Rusiyada ÜDM-in 2023-cü ildə 0,3 faiz artacağını gözləyir. Ötən ilin oktyabrında isə 2,3 faiz azalma olub.
2024-cü ildə Rusiyada 2,1 faiz artım gözlənilir.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür