NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Tviterdə yazıb.
“Biz bu dəhşətli zəlzələ ilə bağlı müttəfiqimiz Türkiyə ilə tam həmrəy olduğumuzu bildiririk”, - Stoltenberq qeyd edib.
Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə təmasda olduğunu bildirib.
Qeyd edək ki, Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür