ABŞ-ın F-16 qırıcılarını satmaqdan mümkün imtinası Ankaranı alternativ variantları nəzərdən keçirməyə vadar edəcək. ABŞ F-16-ları Ankaranın yeganə variantı deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
“Biz gözləyirik ki, ABŞ-da sağlam düşüncə üstünlük təşkil edəcək və onlar problemin hərtərəfli qiymətləndirilməsi əsasında qərar verəcəklər. Türkiyə parlamentindən olan həmkarlarımız ABŞ Konqresinin nümayəndələri ilə danışıqlar aparır. Şüarımız “Güclü Türkiyə, güclü Ordu, güclü NATO”dur. Biz də deyirik ki, F-16 bizim yeganə variantımız deyil”, - Akar bildirib.
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür
- FHN əhaliyə təkrar müraciət etdi
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi